Əlaqə Arxiv
news Image
2013.05.31
11:00
| A A A
2030-cu ilədək siqaretdən ölənlərin sayı 8 milyondan çox olacaq

Hazırda hər il dünyada tütün çəkmənin yaratdığı xəstəliklərdən 6 milyondan çox insan vəfat edir.  Movqe.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib. O bildirib ki, XX əsrdə 100 milyon insan tütün çəkmək nəticəsində ölüb. Onun sözlərinə görə, belə davam edərsə, 2030-cu ilədək ölənlərin sayı ildə 8 milyondan çox olacaq. XXI əsr ərzində isə 1 milyard insan ölə bilər: "Dünya əhalisinin 30 faizi siqaret çəkir. Dünyada uşaqların 50 faizi tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs alırlar. İş yerlərində tütün tüstüsünün təsiri nəticəsində hər il 200 min insan həlak olur. ABŞ-da hər il 3000 siqaret çəkməyən insan ağciyər xərçəngi xəstəliyindən ölür. Səbəb isə başqalarının çəkdiyi siqaretin ətrafa yayılan tüstüsü ilə nəfəs almaqdır. Dünyada 150 milyon gənc tütün çəkir. Bəzi ölkələrdə isə qızların əksəriyyəti oğlanlar qədər siqaret çəkir".

T. Musayev qeyd edib ki, dünya ölkələrinin səhiyyə sistemi xəstəliklərin müalicəsinə böyük vəsait xərcləyir: "İnsanlar ən məhsuldar dövrdə ölür, ailələr başçısız qalır, dövlət isə sağlam işçi qüvvəsindən məhrum edilir". 


Sizin Reklam Yeriniz