Əlaqə Arxiv
news Image
2013.05.31
11:43
| A A A
Sürüşmə sahələrində aparılan monitorinqlərin nəticələri açıqlandı
Sadiq Əmiraslanov:" İsmayıllı-Ağsu ərazisində yollarda isə çox cüzi aktivləşmə var"

Sürüşmə sahələrində aparılan monitorinqlərin nəticələri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Movqe.az-a açıqlamasında deyib ki, monitorinq Ağsu, Şamaxı, İsmayıllı və Qobustan rayonları ərazisində keçirilib. S. Əmiraslanov İsmayıllı-Ağsu ərazisində aktivləşmənin qeydə alınmadığını, sözügedən ərazilərdəki yollarda isə çox cüzi aktivləşmə olduğunu bildirib. Onun sözlərinə görə, iyunun 3-dən cənub zonasındakı sürüşmə sahələrində monitorinqlər başlayacaq. 4 gün davam edəcək monitorinqlərdən sonra şimal rayonlarındakı sürüşmə sahələrindəki vəziyyəti öyrənmək üçün yenidən monitorinqlər keçiriləcək.

 


Sizin Reklam Yeriniz