Əlaqə Arxiv
news Image
2013.05.31
13:07
| A A A
İyun ayının hava proqnozu

İyun ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bu barədə Mövqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.


Bakıda və Abşeron yarımadasında


Orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 15-20, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-12 mm) olacağı gözlənilir.


Naxçıvan Muxtar Respublikasında


Orta aylıq temperaturun 20-25 dərəcə isti (gecələr 13-18, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 34-37 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında


Orta aylıq temperaturun 14-19 dərəcə isti (gecələr 9-14 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 26-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 86-130 mm) olacağı gözlənilir.


Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl

rayonlarında


Orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 13-18, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 33-37 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında


Orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 12-17 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 30-34 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-179 mm) olacağı gözlənilir.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında


Orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 16-21 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-39 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 12-49 mm) olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında


Orta aylıq temperaturun 16-23 dərəcə isti (gecələr 13-18 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-35 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.

Sizin Reklam Yeriniz