Əlaqə Arxiv
news Image
2013.05.31
16:09
| A A A
Azərbaycanda “Son zəng” günü daha bir məzun qəzada ölüb

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Tovuz-Əlimərdanlı avtomobil yolunda baş verib.

 

"VAZ-2107" markalı avtomobilin aşması nəticəsində orta məktəbdə "Son zəng"i qeyd edən Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 1996-cı il təvəllüdlü Eltun Nəsrəddin oğlu Mustafayev dünyasını dəyişib.

 

Şöbədən bildiriblər ki, maşında bir neçə nəfər məzun olub. Hazırda hadisənin baş vermə səbəbləri və digər sərnişinlərin tapılması istiqamətində tədbirlər görülür.

 

Qeyd edək ki, bu gün Sabirabad rayonun Həşimxanlı kəndində 1997-ci il təvəllüdlü məzun Niyaməddin Məhəmməd oğlu Ələkbərov da yol qəzasında həlak olub.

Sizin Reklam Yeriniz