Əlaqə Arxiv
news Image
2013.06.03
11:59
| A A A
TQDK iyun ayının 2-də buraxılış imtahanları keçirib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda  orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.  


Mövqe.az-ın  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından aldığı məlumata görə, həmin gün eyni zamanda Gəncə, Mingəçevir, Lənkəran şəhərlərində,  Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala rayonlarında rus bölməsi üzrə buraxılış siniflərində təhsil alan şagirdlər də buraxılış imtahanı veriblər. 


IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanmış və 2 saat ərzində aparılıb. 


İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib.  


Bütün binalarda imtahanlar təlimata uyğun şəkildə keçirilib, şagirdlərə öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 


Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.  


İlkin məlumatlara əsasən imtahan prosesində bəzi şagirdlər müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən mobil telefonla imtahan binasına keçməyə cəhd,  imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunub

Sizin Reklam Yeriniz