24 yaşlı oğlan özünü güllə ilə vurub
Azərbaycanda 24 yaşlı oğlan özünü güllə ilə vurub. Hadisə Lerik rayonunda qeydə alınıb. Lerik Rayon Polis Şöbəsindən Mövqe.az-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü Rahim Salayev ov tüfəngi ilə ehtiyatsız davrandığından həyatını itirib.
Hadisə yerinə baxış zamanı müvafiq sənədi olmayan ov tüfəngi, 7 giliz və 10 patron götürülüb.