Əlaqə Arxiv
news Image
2013.06.03
17:11
| A A A
Dünyadakı ac insan sayı yarıya endirilib
680 milyon vətəndaşını xilas edilib

"The Economist", dünyada aclıq sərhədinin altında yaşayan sayın 20 ildə 2 milyarddan 1 milyarda endiyini yazıb. 30 ildə 680 milyon vətəndaşını aclıqdan qurtarmağı bacaran Çin, bu inkişafda baş rolu oynayıb. Movqe.Az-ın məlumatına görə, dünya ölkələrinin aclıqla əlaqədar mübarizəsində əhəmiyyətli irəliləmə qeyd etdiyi bildirilir. İngilis "The Economist" jurnalının yayımladığı xəbərə görə, xüsusilə inkişaf etməkdə olan ölkələrin aldıqları tədbirlər və iqtisadi irəliləyiş nəticəsində 1990-2010 illəri arasında aclıq sərhədində yaşayan 1 milyard insan bu sinifdən çıxarılıb. Son 20 ildə inkişaf etməkdə olan ölkələrdə cəmiyyətin 43 faizi səviyyəsində olan aclıq sərhədi altında yaşayan insan sayı beləcə 21 faizə geriləyib. Ancaq atılan addımların qeyri-kafi olduğuna işarə edilən xəbərdə hələ də aclıq sərhədi altında yaşayan 1 milyard insanın olduğu və bunların sayının azaldılmasının çox daha çətin olacağı ifadə edilib. Edilən şərhlərə görə, BMT geriyə qalan 1 milyard aclıq sərhədi altında yaşayan insanı bu sərhədin üzərinə çıxara bilmək üçün 2030-cu ilə qədər yeni hədəflər təyin etməlidir. Jurnal bu mərhələdə Çin və Hindistan kimi əhali sıxlığı çox yüksək olan ölkələrə diqqət çəkərək 2030-cu ilə qədər aclıqla mübarizə aparan insanın qalmaması üçün xüsusilə bu iki ölkəyə əhəmiyyətli vəzifələr düşdüyünü bildirib. Jurnal qlobal yoxsulluq probleminin aradan qaldırılması üçün qloballaşmanın sürətlə yayılması lazım olduğunu qeyd edib.

Sizin Reklam Yeriniz