Əlaqə Arxiv
news Image
2013.06.04
11:18
| A A A
Zaqatalada evi ildırım vurub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata əsasən, ötən axşam rayon ərazisində keçən qeyri-sabit hava şəraiti nəticəsində Zaqatala şəhər sakini Ramazanov Afdandil Hüseyn oğluna məxsus, ümumi sahəsi 40 kv/m olan birmərtəbəli 2 otaqlı evi ildırım vurub.

 

Nəticədə evin çardaq hissəsində yanğın baş verib. Hadisə yerinə Zaqatala rayon YMH-nin canlı 

qüvvəsi və texnikası cəlb edilib.


 Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 2 kv/m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Sizin Reklam Yeriniz