Əlaqə Arxiv
news Image
2013.06.04
11:33
| A A A
Bakıda böyük su kəməri partladı, qəsəbə su altında qaldı
Bakının bir rayonu susuz qalıb Nərimanov rayon sakinlərinin verdikləri məlumata görə, Əliyar Əliyev, Ağa Nemətulla və digər küçələrdə iki gündür su verilmir.
Dünən bir neçə dəqiqəliyə su verilsə də, bu, abonentlər üçün yaxşı olmayıb. Su palçıqlı olduğundan istifadəyə yaramayıb. "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin müdiri Anar Cəbrayıllı Milli.Az-a açıqlamasında bildirdi ki, Ceyranbatan xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində 1200 mm-lik boru kəmərində qəza olub. Dünəndən başlayaraq, qəzanın fəsadları aradan qaldırılır. Bunun nəticəsi olaraq Bakının Nərimanov və digər rayonlarının bir hissəsində su olmayıb.
Onu da əlavə edək ki, su kəmərinin partlaması nəticəsində Biləcəri qəsəbəsində böyük ərazini su basıb.
Sizin Reklam Yeriniz