Əlaqə Arxiv
news Image
2013.06.04
12:12
| A A A
“Elm” qəzetinin akademik Cəlal Əliyevin 85 illiyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının birgə təsisçiliyi ilə nəşr olunan "Elm" qəzetinin dünyaşöhrətli Azərbaycan alimi, görkəmli ictimai xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı nəfis tərtibatda, rəngli formatda çapdan çıxıb.


Birinci səhifəsi taxıl zəmisinin fonunda böyük alimin rəngli portreti ilə başlayan qəzetin xüsusi buraxılışı akademiklər Əhliman Əmiraslanov və Qərib Məmmədovun birgə qələmə aldıqları "Biologiya elminin inkişafında Cəlal Əliyev zirvəsi" məqaləsi ilə açılır. Dərin analitik təhlilə, elmi araşdırmalara əsaslanan məqalədə böyük elm fədaisinin keçdiyi zəngin həyat yoluna işıq salınır.

Xüsusi buraxılışda akademik Asəf Nadirovun "Elmin inkişafına sərf olunan həyat", Azərbaycan Ağsaqqallar Şurasını sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun "Alim elminin müdriklik zirvəsi", Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin "Mənalı ömrün şöhrəti", akademik Teymur Bünyadovun "Əzizim, dost mehribanım...", AR Rabitə və İnformasiya Texnologiyaları naziri, akademik Əli Abbasovun "Akademik Cəlal Əliyevin elmi irsi bu gün daha çox aktualdır", akademik Ağamusa Axundovun "Böyük insan, vətənpərvər alim və ictimai xadim" sərlövhəli yazılarında və digər görkəmli ictimai elm, ədəbiyyat və mədəniyyət xadimlərinin ürək sözlərində böyük alim Cəlal Əliyevin həyat və yaradıcılığı tam dolğunluğu ilə əks olunur.


Yubiley nömrəsində, həmçinin vaxtilə dünya şöhrətli alimin tələbələri olmuş, bu gün ABŞ və digər ölkələrin elmi müəssisələrində uğurla fəaliyyət göstərən alimlərin öz sevimli müəllimlərinə ünvanladıqları yubiley teleqramları, eyni zamanda, görkəmli şəxsiyyətin mənalı həyatının böyük bir hissəsinin qırılmaz tellərlə bağlı olduğu Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun kollektivinin yubilyara təbrikləri fotoşəkillərin müşayiəti ilə verilib.

Sizin Reklam Yeriniz