Əlaqə Arxiv
news Image
2013.06.04
13:00
| A A A
Şadlıq evləri ilə bağlı sərt yoxlamalara start veriləcək-Eksklüziv
Fazil Talıblı: "Gələn həftədən etibarən şadlıq evlərində standartların tələbinə əməl edilib- edilməməsi ilə bağlı sərt yoxlamalara start veriləcək"

"Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi gələn həftədən etibarən şadlıq  evlərilə bağlı hazırlanan standartları tətbiq etməyən şadlıq evlərində sərt inzibati tədbirlər görəcək". Bu məlumatı Movqe.az-a açıqlamasında Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı verib. Onun sözlərinə görə, ilk yoxlamalar marifləndirici xarakter daşıdığından standartların tətbiqi ilə bağlı şadlıq evlərinin sahiblərinə tövsiyyələr verilib: "İlk yoxlamalarda heç bir şadlıq evinin sahibi inzibati qaydada cərimələnməyib. Çünki, yoxlamalar marifləndirici xarakter daşıyırdı. Amma gələn həftədən etibarən şadlıq evlərində standartların tələbinə əməl edilib- edilməməsi ilə bağlı sərt yoxlamalara start veriləcək. Tövsiyyələrə əməl etməyən şadlıq evlərinin sahibləri inzibati qaydada cərimələnəcəklər". 

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  "Şadlıq saraylarının təsnifatı və qaydalar"ını əks etdirən  dövlət standartı müəyyənləşdirib. Həmin standartlarda şadlıq evlərinin mətbəxlərində çalışan heyətin tibbi müayinədən keçməsi, yoluxucu xəstəliklərin olmadığı haqqında arayış alması, sarayda çalışan adinistratorun, süfrəçinin, barmenin, somelyenin və aşbazların işlədikləri sahə üzrə təhsilli olması,  rəqs meydançasının, menyuda göstərilən yeməklərin tərkibinin standartlara uygunluğu və sair öz əksini tapıb. 


Sizin Reklam Yeriniz