Əlaqə Arxiv
news Image
2013.06.04
18:20
| A A A
Xaricdən gətrilən kolbasalarla bağıl həyəcan təbili çalınır
Eyub Hüseynov: «Onların tərkibində çoxlu kimyəvi maddələr var» İmran Abdullayev: «Təhlükə parametri hər bir kolbasa növündə var»

Bu gün dükan və marketlərdə müxtəlif kolbasa çeşidlərinə rast gəlmək mümkündür. Lakin onların keyfiyyəti həmişəki kimi yenə mübahisə predmetidir. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyub Hüseynov Mövqe.az-a açıqlamasında bununla bağıl bildirir: "Sosiska və kolbasa məhsulları istehlakçılar üçün arzuolunmaz mallardır. Lakin istehlakçılar iştahına qalib gələ bilməyib bunları yeyirsə, mütləq yerli məhsullara üstünlük verilməlidir. Xaricdən gələn, xüsusən də Rusiyadan gələn kolbasa və sosiskalar dadına görə daha yaxşı olsa da, diqqət etsək görərik ki, onların yararlılıq müddəti həddindən artıq böyükdür. Yəni onlarıntərkibində çoxlu kimyəvi maddələr var. Malın ömrünü nə uzadırsa, o, insan ömrünü bir o qədər azaldır. Xaricdən gələn bu cür məhsulların tərkibində ət çox azdır. Sosiska və kolbasa istehsalında bütün dünyada problem var. Biz qiymət monitorinqinə də fikir versək görərik ki, onların qiyməti ətin qiymətindən aşağıdır. Ancaq yerli kolbasa və sosiskalar müəyyən qədər ekolojı cəhətdən təmizdir".


Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev isə bildirir: "Kolbasanın da standartları var. İndiki kolbasalara mal ətindən başqa aşağı səviyyəli ət, xaricdən gələn ət, müxtəlif qida əlavələri və ya toyuq əti daha çox vurulur. Ona görə də dadında xoşagəlməzlik olur. Bişmiş kolbasa rənginə görə çəhrayı olmalıdır. İçində olan piy dənəcikləri sarı yox, ağ rəngdə olmalıdır. Sarı rəngdə piy varsa, deməli, yediyiniz kolbasa köhnədir, yaxşı kolbasa deyil. Kolbasanı əl ilə basdıqda o dərhal əvvəlki vəziyyətini ala bilməlidir. Almırsa, çökək qalırsa, deməli o yaxşı kolbasa deyil. Toyuq və hinduşka kolbasalarına üstünlük verənlər güman edirlər ki, onlar daha təhlükəsizdir. Ancaq bildirim ki, təhlükə parametri hər bir kolbasa növündə var".


Sizin Reklam Yeriniz