Əlaqə Arxiv
news Image
2013.06.05
17:25
| A A A
İqtisadi böhran gənclərin həyata baxışına təsir edir

Avropada beş ildir davam edən iqtisadi böhran Avropa gənclərinin həyata baxışına da təsir edib. Movqe.Az-ın məlumatına görə, İspan "Telefonica" tərəfindən etdirilən və 27 ölkədə 18 ilə 30 yaşlar arasında 12 min gənci əhatə edən araşdırma (Telefonica Global Millennial) iqtisadi böhranın avropalı gənclərə necə təsir etdiyini məlum edib. Əvvəlki illərdəki araşdırmalarda gənclərə ən çox hansı mövzularda daha çox qayğı duyduqları soruşulduğu zaman, ətraf mühit, iş bazarı və yaxın qohumlarının vəziyyəti kimi cavablar eşidilirdi. Amma son araşdırmada, gənclərin özləri ilə əlaqədar qayğılar önə çıxır. Gənclərin  48 faizi ilk cavab olaraq həyatlarında nə edəcəklərini və həyatlarını necə planlaşdırdıqlarını bilmədiklərini söyləyirlər. Verilən cavabların 44 faizi ikinci gənclərin pul vəziyyətin haqqında olub. İngiltərə, İspaniya, İtaliya və Fransadakı gənclər də özlərini ən çox narahat edən mövzular olaraq bunları göstərir. Dünyanın digər bölgələrində də ən böyük ictimai problem olaraq iqtisadiyyat göstərilir. Ancaq Orta şərq və Afrika ilə Cənubi Amerikada bu mövzuda fərqlilik görülür. Yaxın Şərq və Afrikada ən böyük problem olaraq terror göstərilərkən, Cənubi Amerikada isə ictimai ziddiyət və keyfiyyətsizlik önə çıxıb. Həyatlarındakı məqsəd nədir mövzusunda isə dörd faiz cavab zəngin olmaq, 84 faiz isə həyatda xoşbəxt olmağı göstərir. Yenə də gənclər "pul yoxsa ailə əhəmiyyətlidir" mövzusundakı suala ailə deyə cavab veriblər.

Sizin Reklam Yeriniz