Əlaqə Arxiv
news Image
2013.06.05
19:33
| A A A
Bakıda iki tibb müəssisəsində təmirə başlanıldı

Ölkə Prezidenti İlham Əliyevin Elmi Tədqiqat Mama-Ginekologiya İnstitutu və  Elmi Tədqiqat Pediatriya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən hər iki institutda təmir işlərinə start verilib. Elmi Tədqiqat Mama-Ginekologiya İnstitutunun baş həkimi Nigar Axundova Movqe.az-a açıqlamasında bildirib ki, institut hələki boşaldılır: "Bilmirik institutut hansı tibb müəssisəsinə köçürüləcək. Amma xəstə qəbul edilmir. Çünki, institutun təmirinə ehtiyac var. İnstitutun təmiri üçün vəsait ayırdığı üçün ölkə başçımıza təşəkkür edirik". N. Axundova bildirib ki, institut təmirdən sonra daha müasir avadanlıqlarla təhciz edilərək ana olmaq arzusunda olan və ana olmağa hazırlaşan qadınların ixtiyarına veriləcək. 

Elmi Tədqiqat Pediatriya İnstitutu isə tam olaraq təmirə bağlanmayacaq. Bunu Movqe.az-a açıqlamasında institutun direktoru Nəsib Quliyev söyləyib. N. Quliyev bildirib ki, artıq institutun bir korpusunda təmir işlərinə başlanılıb: "İnstitutu tam olaraq təmirə dayandıra bilmərik. Çünki, institutun reanimasiya şöbəsi yenidoğulmuşlara tibbi xidmət göstərir. Odur ki, bir korpus təmir edildikdən sonra digərinin təmirinə başlanılacaq. Bu qayğıya görə, prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Təmirdən sonra institut bizim arzuladığımız səviyyə olacaq. Burada uşaqların müayinə, müalicəsi üçün lazım olan bütün müasir avadanlıqlar quraşdırılacaq. Hazırda institutda uşaqların müayinəsi üçün kompyuter tomoqrafiyası avadanlığı və sair tibbi avadanlıqlar yoxdur. İnstitut təmir olunduqdan sonra isə ən müasir tibbi avadanlıqlar gətirilərək gələcəyimiz olan uşaqların sağlamlığının qorunması üçün istifadə ediləcək". 

Xatırladaq ki, ölkə Prezidenti İlham Əliyev Elmi Tədqiqat Mama-Ginekologiya İnstitutunuin və Elmi Tədqiqat Pediatriya İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasənhər iki institutun təmiri və müasir avadanlıqla təchiz olunması məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb. 

Sizin Reklam Yeriniz