Əlaqə Arxiv
news Image
2013.06.06
12:04
| A A A
Bu günün hava şəraiti

Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun gecə 16-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında iyunun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.


Sizin Reklam Yeriniz