Əlaqə Arxiv
news Image
2013.06.06
12:13
| A A A
İsmət Abbasov Rumıniyanın “Siveco” şirkətinin prezidenti ilə görüşüb

Xəbər verildiyi kimi, kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 02 - 07 iyun tarixlərində 36-cı Ümumdünya Üzüm və Şərab Konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Rumıniyada səfərdədir. 


Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir İsmət Abasov 4 iyun tarixində Rumıniyanın elektron qeydiyyat sistemləri sahəsində ixtisaslaşmış xanım İrina Sokol ilə görüşüb. Görüş zamanı şirkət nümayəndələri ilə Azərbaycanın kənd təsərrüfatı sahəsində elektron qeydiyyat sisteminin tətbiqinə dair əvvəllər aparılmış müzakirələrin davamı olaraq, mərhələlər üzrə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb. Nazir İsmət Abasov kənd təsərrüfatı sahəsində aqrar siyasətin həyata keçirilməsinin və dövlət yardımlarının idarə edilməsinin daha səmərəli və əlaqələndirilmiş şəkildə təşkil edilməsi, fermerlər və təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqənin asanlaşdırılması məqsədilə bu şirkətin təcrübəsinin maraq kəsb etdiyini bildirib. Şirkət nümayəndələri tərəfindən elektron qeydiyyat sistemlərinin tətbiqinə dair təqdimat edilib. Nazir İsmət Abasov şirkətin iş prinsipləri ilə yaxından tanış olmaq məqsədilə elektron qeydiyyat və nəzarət sistemlərinə baxış keçirib.


 


 

Sizin Reklam Yeriniz