İyunun 21-də Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şəkidə (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz,Qəbələ rayonları, Mingəçevir şəhərinin sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Mövqe.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", (012) 598-38-18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.
Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
Qeyd edək ki, nazir Əli Abbasovun il ərzində digər bölgələrdə də vətəndaşlarla görüşləri planlaşdırılıb.