Əlaqə Arxiv
news Image
2013.06.06
12:19
| A A A
Azərbaycan Türkiyədəki vətəndaşlarına xəbərdarlıq edəcəkmi?
Elman Abdullayev: "Bu cür situasiyalarda Azərbaycan dövləti prosesləri müşahidə edərək vəziyyəti təhlil edir"

Türkiyənin İstanbul şəhərində bir necə gündür Taksim "Gezi parkı"nın sökülməsinə qarşı keçirilən aksiyalar davam etməkdədir. Minlərlə insan gecəni yatmayaraq küçələrdə keçirir. Etiraz aksiyaları Taksim Meydanı, İstiklal prospekti, Tarlabaşı Bulvarı, Harbiyə və Beşiktaşda fəallaşdığından adıçəkilən ərazilərdə sərt polis müdaxiləsi yaşanıb. Mətbuatda yer alan məlumata görə, gərginlik hələ də davam etməkdədir. Türkiyədə yaşanan bu olayla bağlı artıq bəzi ölkələr öz vətəndaşlarına tədbirli davranmağı tövsiyyə edib. ABŞ Türkiyədə baş verən hadisələrlə bağlı vətəndaşlarına səyahət xəbərdarlığı edib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti internet saytında məlumat xarakterli mətn yerləşdirib. Məlumatda Türtkiyədə baş verənlər qeyd edilib. "Türkiyəyə səyahət edənlər və ya bu ölkədə yaşayanlar ehtimal edilən şiddətə qarşı ehtiyatlı olmalıdırlar. ABŞ vətəndaşlarına nümayişlərdən və böyük mitinqlərdən uzaq durmaq tövsiyyə edilir. Dinc aksiyalar belə qarşıdurmaya çevrilə bilər".

Qeyd edək ki, Azərbaycan da Türkiyə ilə sıx əlaqə quran, gediş-gəlişin intensiv olduğu ölkələr siyahısında ön yerlərdə qərarlaşır. Azərbaycanla-Türkiyə qardaş dövlət olduğundan bu ölkədə çoxlu sayda həmvətənimiz yaşayır. Bəs görəsən məlum hadisələrlə bağlı Azərbaycan tərəfinin Türkiyədəki və bu ölkəyə gedib-gələn vətəndaşlarına hər hansı xəbərdarlıq edəcəyi gözlənilirmi? 

Azərbaycanın Xarici işlər nazirliyinin mətbuat katibi ElmanAbdullayev Movqe.az-a açıqlamasında bildirib ki, hələki Azərbaycan tərəfi Türkiyədəki olaylarla bağlı bu ölkədə yaşayan  vətəndaşlarına, Türkiyəyə səyahət etmək niyyətində olanlara hər hansı xəbərdarlıq etməyib. E. Babayev deyir ki, bu cür situasiyalarda Azərbaycan dövləti prosesləri müşahidə edərək vəziyyəti təhlil edir: "Qərar qəbul olunmazdan öncə vəziyyətin nə dərəcədə təhlükəli həddə olması izlənilərək təhlil edilir. Daha sonra bununla bağlı hər hansı qərar qəbul edilir".  


Sizin Reklam Yeriniz