Əlaqə Arxiv
news Image
2013.06.06
15:07
| A A A
Banklar istehsal sahələrinə kredit ayırmaqda hələ də xəsislik edirlər
Rəşad Həsənov: «Kredit faizlərinin yüksək olması təkcə kənd təsərüfatında deyil, sənayedə də kreditlərdən az istifadəyə əsas səbəbdir» Azər Mehtiyev: «Bank sisteminin istehsal kreditlərinə az vəsait ayırmaması uzun müddətli problemdir»

Ölkə bankları istehlak məqsədilə böyük həcmdə kreditlər ayırsa da, eyni sözləri istehsal sahələri barədə demək olmaz. Bu isə təbii ki, müəyyən dərəcədə iqtisadiyyata öz təsirini göstərir. Iqtisadçı ekspert Rəşad Həsənov Mövqe.az-a açıqlaması zamanı il ərzində ölkə iqtisadiyatına yönəldilən kreditlərin təxminən 20-25%-i və ya ¼ hissəsinin istehsal təyinatlı olduğunu bildirib:  "Halbuki Avropada orta göstərici 50-55%-dir. Bunun obyektiv və subyektiv səbəbləri var. 

Digər tərəfdən kredit faizlərinin yüksək olması kənd təsərüfatında fəaliyət göstərən sahibkarların kreditlərdən istifadə imkanlarını azaldır. Çünki, bu sektor ölkədə ən aşağı səviyyəli gəlir gətirən sahələrdən sayılır. Kredit faizlərinin yüksək olması təkcə kənd təsərüfatında deyil, sənayedə də kreditlərdən az istifadəyə əsas səbəbdir".

R. Həsənov digər kreditlərlə istehsal kreditinə ayrılan vəsait məbləğini də açıqladı: "Təsəvvür edin ki, 2012-ci ilin 9 ayı ərzində istehlak kreditlərinin həcmi 4 milyard 136.7 milyon manat olduğu halda, kənd təsərüfatına verilən kreditlər bundan təxminən 8 dəfə az 539.6 milyon manat, sənaye və istehsala isə 5 dəfə az 815.5 milyon manat olub. Bu hal haqlı olaraq narahatlıq döğurur. Belə ki, aşağı səviyəli kreditləşmə bu sahədə dinamikliyin zəif olmasına dəlalət edir.

Ümumilikdə isə istehsal təyinatlı kreditlərdən istifadə imkanlarının zəif olması sonda bu sektorun böyüməsini əngəlləyir, innovativ meyllər azalır, təşəbbüskarlıq və risk etmə əmsalı aşağı düşür. Bununla yanaşı məqsədli kreditləşmə siyasəti rəqabəttutumlu istehsal mühitinin formalaşmasına və yeni iş yerlərinin yaradılmasına kömək edə bilər".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə Mövqe.az-a açıqlaması zamanı bildirib ki, bank sisteminin istehsal kreditlərinə az vəsait ayırmaması uzun müddətli problemdir: "Çünki ölkəmizdə indiyədək banklar tərəfindən müəssisələrə, şirkətlərə, sahibkarlara verilən kreditlərin həcmində bütünlükdə sənayeyə, kənd təəssərüfatına verilən kreditlərin cəmi həcmi 10%-i ötmür. Bu, həmişə belə olub. Vurğulamaq lazımdır ki, praktiki olaraq istehsal kreditlərnə verilən vəsait  dövlət büdcəsi hesabına verilir. Əsasən də dövlətin büdcəsindən sahibkarlara kömək və ya kənd təssərüfatı üçün kreditlər var ki, banklar tərəfindən verilir. İstehsal kreditlərinə dövlət büdcəssi hesabına kreditlərin verilməsi risklərin azaldılması üçündür. Çünki bu cür kreditlər riskli hesab olunur. Banklar bu kreditlərin verilməsi üçün maraqlı deyillər. Çünki ciddi istehsal firmalarının qurulması böyük həcmdə kredit tələb edir. İstehsal sferasında verilən kreditlərin faiz dərəcələri aşağı olmalıdır. Amma bizdə bankların verdiyi kreditlərin ən aşağı faiz dərəcəsi 15%-dir. Yalnız dövlət büdcəssindən təqdim olunan  ucuz kreditlər güzəştli kreditlərdir. 

Banklar əsasən ictimai turizmə, tikinti sektoruna, istehlak, məişət kreditlərinin verilməsinə maraqlı olur. Bu, birbaşa iqtisadi inkşafda özünü biruzə verir. Ölkə iqtisadiyyatına yatırılan investisiyalarının tərkibinə baxanda görürük ki, azad və kiçik, orta sahibkarların iqtisadiyyata yönəltdiyi investisiyaların həcmi hələ qənaətbəxş səviyyədə deyil. Bankların kredit siyasəti isə istehsal sferalarının və qeyri-neft sektorunun inkişafını ləngidir".


Sizin Reklam Yeriniz