Əlaqə Arxiv
news Image
2013.06.06
17:38
| A A A
ABŞ-da bina çökdü

ABŞ-ın Filadelfia şəhərində bir binanın çökməsi nəticəsində 6 adam həlak olub, 13 nəfər yaralanıb. Movqe.Az-ın məlumatına görə, "Tarixi Market Küçəsi"ndə çökən 4 mərtəbəli binada işlər davam edən zaman, 6 nəfərin həlak olduğu bildirilib. Xilasetmə rəhbəri Loyd Ayersin verdiyi məlumata görə, böyük bir səs-küylə aşan binadan sovrulan beton parçaları və kərpiclərin dəydiyi 13 adam yaralanıb. Xəstəxanalara qaldırılan yaralıların müalicələri davam edir. Xilasetmə qrupları dağıntılar altında insan olma ehtimalına qarşı axtarış işlərini davam etdiriblər, ərazidə yaşayan insanlar da vəzifəlilərə kömək ediblər. Təxminən 60 il əvvəl inşa edilən binanın çökmə səbəbi araşdırılır.

Sizin Reklam Yeriniz