Əlaqə Arxiv
news Image
2013.06.06
16:35
| A A A
Almaniyada müsəlmanların sayı məlum deyil

Movqe.Az xəbər verir ki, Almaniyada edilən son siyahıyaalma "Zensus 2011"çərçivəsində vətəndaşların etiqadlarının da təsbit edilməsi hədəflənib. Lakin bir çox vətəndaş '"məlumat yoxdur "qismini seçdiyi üçün ölkədəki müsəlmanların sayı ilə əlaqədar dəqiq bir nəticə ortaya çıxmayıb. Zensus 2011-ə görə Almaniya əhalisinin 1.9 faizi müsəlmandır. Lakin indiyə qədərki bütün statistik məlumatlarda müsəlmanların sayı 4 milyon olaraq deyilib. "Görəsən Almaniyada Müsəlmanlar azalıbmı?" sualına cavab axtaran "İnteqrasiya Media Xidməti" adlı quruluş, İslam alimi Rem Spielhausa bu mövzuda araşdırma aparıb. Araşdırmaya görə 2000-ci ildən indiyə kimi 4 müxtəlif statistik əməliyyat yolu ilə müsəlmanların sayı təxmin edilib. Beləcə 2000-ci ildə 2,8 milyon olaraq təxmin edilən Müsəlman əhalisi 4,3 milyona qədər artıb. Siyasi arenada isə müsəlmanların sayı "təxminən 4 milyon" olaraq təyin edilib.

Sizin Reklam Yeriniz