Əlaqə Arxiv
news Image
2013.06.06
16:55
| A A A
İsrail və Suriya arasındakı sərhəd qapısı müxaliflərin əlinə keçib

Movqe.Az xəbər verir ki, Suriyada müxaliflər və Əsəd gücləri arasında qarşıdurmalar davam etdiyi ərəfədə Golan Təpəsində olan Kuneytradakı sərhəd qapısının müxaliflərin əlinə keçdiyi bildirilib. Mərkəzi Londonda olan Suriya İnsan Haqqları Müşahidə Mərkəzi, Kuneytra bölgəsində yerləşən İsrail sərhəddindəki sərhəd qapısının müxaliflərin əlinə keçdiyini bildirib. Digər tərəfdən İsrail radiosu da hərbi səlahiyyətlilərə əsaslandırdığı xəbərdə sözügedən sərhəd qapısının nəzarətinin müxaliflərə keçdiyini qeyd edib. Bölgədə qarşıdurmaların yaşandığı, İsrail səlahiyyətlilərin isə fermerlərə sərhəd bölgəsinə yaxınlaşmamaları xəbərdarlığını edib.

Sizin Reklam Yeriniz