Əlaqə Arxiv
news Image
2013.06.06
18:33
| A A A
Dondurmaların yoxlanılmasına başlanıldı

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) dondurmaların keyfiyyəti ilə bağlı yoxlamalara başlayıb. Bu barədə Movqe.az-a açıqlamasında RGEM-in şöbə müdiri İmran Abdullayev məlumat verib. İ. Abdullayev bildirib ki, artıq dondurmaların keyfiyyəti ilə bağlı yoxlamalar aparmaq üçün dondurmalardan nümunələr götürülüb: "Yoxlamalar zamanı dondurmaların normativ sənədlərin tələblərinə uyğun hazırlanıb-hazırlanmadığı, tərkib göstəricisi ilə üst-üstə düşməsini müəyyənləşdirmək üçün labarotor müayinələr aparılır".

İ. Abdullayevin sözlərinə görə, ötən mövsüm dondurmaların yoxlanılması zamanı ciddi nöqsanlar aşkarlanmayıb: "Yoxlamalar 15 gün ərzində yekunlaşacaq. Yekun nəticələr ictimaiyyətə açıqlanacaq".  

 

Sizin Reklam Yeriniz