Əlaqə Arxiv
news Image
2013.06.07
15:41
| A A A
Regionlara hələ də ipoteka krediti niyə verilmir ?!
Nazim Məmmədov: «Regionlarda evə tələbat şəhərlərdə olduğu kimi yüksək deyil» Mehman Muradlı: «Banklar risklilik dərəcəsini nəzərə alıb kənd və rayonlara ipoteka krediti verməkdən imtina edirlər» Bu günipoteka kreditlərindənregionda yaşayanlarınfaydalanması deməkolar ki, yoxdərəcəsindədir. Bunamünasibət bildirəniqtisadçı ekspertNazim Məmmədov Mövqe.az-a açıqlmasında qeyd edir: "Regionlarda ev almaq istəyənlərin maaşları azdır, evə tələbat şəhərlərdə olduğu kimi yüksək deyil. Kənd yerlərində isə evlərin bir hissəsiboşdur, yaşayanlar yoxdur. Ümumiyyətlə, indi böyük əksəriyyət şəhərlərə iqtisadi miqrasiya edib. Bu problemi həll etmək üçün regionlarda vətəndaşların öz dədə-baba yurdlarında yaşamağını stimullaşdırmaq, insanların daha çox qazanc əldə etməsini təmin etmək lazımdır. O zaman düşünürəm ki, ipotekaya da ehtiyac qalmaz".


Hüquqşünas Mehman Muradlı Mövqe.az-a açıqlaması zamanı regionlarda yaşayan insanlara ipoteka kreditinin verilməsinə dair heç bir qadağanın olmadığını bildirib: "Həqiqətən də çox maraqlı mövzudur. Qanunvericiliklə regionlara ipoteka kreditinin verilib və ya verilməməsi haqqında heç bir şey yoxdur. Əvvəllər İpoteka Fondu tərəfindən bu cür kreditlər ancaq Bakı şəhəri üçün nəzərdə tutulmuşdu. Daha sonra Gəncə, Sumqayıtda da ipoteka kreditlərindən istifadəyə başlanıldı. Ancaq regionlarda bu məsələ öz həllini tam şəkildə tapmayıb. Sadəcə, banklar risklilik dərəcəsini nəzərə alıb, bu baxımdan kənd və rayonlara ipoteka krediti verməkdən imtina edirlər".

Sizin Reklam Yeriniz