Əlaqə Arxiv
news Image
2013.06.07
16:02
| A A A
Toy gecəsində faciə: bəy gəlini pəncərədən atdı
Rusiyada yeni evli cütlüklərin ilk gecəsi ölümlə nəticələnib. Mövqe.az  "Komsomolskaya Pravda" ya istinadla verdiyi məlumata görə, Moqilevski vilayətində yaşayan adları şərti olan 22 yaşlı Nastya və 38 yaşlı Aleksandr uzun müddət görüşəndən sonra evlənməyə qərar veriblər. 

İyunun 1-də onlar yaxın dostlarının iştirakı ilə özlərinə toy təşkil ediblər. Nə baş veribsə qonaqlar dağılaşandan sonra olub. 

Belə ki, yeni evlililərin ilk gecəsi dava-dalaşla başlayıb. İlkin məlumata görə, buna səbəb ərin həyat yoldaşını qısqanması olub. 

Emosiyalarını gizlədə bilməyən gəlin bəyə sillə vurub. Bundan sonra cavab alan qız 5-ci mərtəbədəki evinin eyvanına çıxıb. Onun arxasınca gələn kişi onu eyvandan aşağı atıb. Hündürlükdən yıxılan gənc qadın hadisə yerindəcə keçinib. 
Sizin Reklam Yeriniz