Əlaqə Arxiv
news Image
2013.06.07
16:41
| A A A
2 istirahət mərkəzində fahişəxana aşkarlanıb

Dünən Azərbaycanda 2 istirahət mərkəzində fahişəxana olması aşkarlanıb. Mövqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hər iki əməliyyat İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları keçirib.


Əməliyyat zamanı Masallı rayonunun Qəriblər kəndindəki "Turist" istirahət mərkəzinin fahişəxana kimi işlədildiyi məlum olub. Oranı işlədən Bəhruz Abıyev tutulub.


Digər əməliyyat isə Şıxlar kəndindəki "12-ci km" restoranında keçirilib. Orada işləyən Miramin Cahangirovun əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilib.


Hər iki faktla bağlı araşdırmalar aparılır.


Sizin Reklam Yeriniz