Əlaqə Arxiv
news Image
2012.04.03
19:35
| A A A
Türkiyəli nazirə ayaqqabı atılıb
Ayaqqabı nazirə dəyməsə də, etirazçılar zaldan çıxarılaraq saxlanılıblar Türkiyənin ekologiya və şəhərsalma naziri Ərdoğan Bayraktara ayaqqabı atılıb. Okan Universitetində qatıldığı tədbirdə çıxış etmək üçün kürsüyə qalxan nazirə 4 tələbə etiraz edib. Təhlükəsizlik xidməti şüar səsləndirən tələbələrə müdaxilə etməyə çalışsa da, Bayraktar "İmkan verin istədiklərini söyləsinlər" deyib. Nazirin söz verdiyi tələbələr etirazlarını davam ediblər. Bu zaman qız tələbə ayaqqabısını çıxardaraq nazirə atıb. Ayaqqabı nazirə dəyməsə də, etirazçılar zaldan çıxarılaraq saxlanılıblar.
Sizin Reklam Yeriniz