Əlaqə Arxiv
news Image
2013.06.10
14:30
| A A A
Mədəniyyət və Turizm Nazirliyindən “Euronews” telekanalına sərt təpgi-Eksklüziv

"Euronews" telekanalının Azərbaycan şairi Nizami Gəncəvini fars şairi kimi təqdim etməsindən xəbərimiz yoxdur. Təbii ki, həmin telekanala cavab məktubu göndəriləcək".

Bu sözləri Movqe.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov sözyləyib. İ. Hümbətov bildirib ki, ilk öncə bu məsələ araşdırılacaq: "Biz bu barədə məlyumatlı deyilik. Amma belə bir səhv olubsa biz bununla bağlı cavab məktubu hazırlayıb həmin telekanala göndərəcəyik.  Nizami Gəncəvini fars şairi kimi təqdim edilməsi yolverilməzdir".

Xatırladaq ki, ANS PRESS-in məlumatına görə, "Euronews" telekanalı "Gəncə - fars dahisi Nizaminin vətəni" adlı süjet yayımlayıb. Ümumilikdə Gəncəyə həsr olunmuş süjetdə deyilir ki, Nizami Gəncəvi XII əsrin fars şairidir və Azərbaycanda doğulub. Mak Dauellin hazırlarıdı reportajda bildirilir: "Nizami fars poeziyasının klassikidir. Müasir Azərbaycan ərazisindəki Gəncədə doğulub".

Qeyd edək ki, "Azərbaycan həyatı" buraxılışında ölkəmizlə bağlı silsilə reportajlar verilir.


Sizin Reklam Yeriniz