Əlaqə Arxiv
news Image
2013.06.10
18:00
| A A A
Yağışlar səngimək bilmir

Movqe.Az xəbər verir ki, Almaniya, Avstriya, Çex Respublikası, Macarıstan və Slovakiyada təxminən 20 nəfərin öldüyü əsrin sel fəlakəti səbəbiylə çox sayda məskunlaşma ərazisi sular altda qalıb.Tarixinin ən böyük sel fəlakətini yaşayan Almaniyada şərqdəki bəzi şəhərlər sel təhlükəsi səbəbiylə boşaldılıb. Su altında qalan Magdeburqda hərbi birliklərlə birlikdə minlərlə vətəndaş xilasetmə işlərinə qatılır. Keçmiş keşiş olan Almaniya prezidenti Joachim Gauck, dünən Halle şəhərində qatıldığı bazar ayinində seldən zərər görənlər üçün dua edib. Tuna Çayının daşma ehtimalına qarşı Macarıstanda da həyəcan vəziyyətinə keçilib. Paytaxt Budapeşt və bir çox şəhərdə sel sularına qarşı qum torbaları yerləşdirilib. Çində sel fəlakəti Çinin cənubundakı Guangşi Zuang Muxtar Bölgəsində yüzlərlə ev sular altında qalıb. 

Sizin Reklam Yeriniz