Əlaqə Arxiv
news Image
2013.06.11
11:10
| A A A
Milli Məclisdə “Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir” adlı beynəlxalq konfrans keçirilir

Bu gün Milli Məclisdə "Uşaqların rifahı cəmiyyətin rifahının göstəricisidir" adlı beynəlxalq konfrans başlayıb.


Mövqe.az-ın məlumatına görə, konfrans Avropa Şurasının "Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində keçirilir.

 

Konfransın keçirilməsi ilə əlaqədar Avropa Şurası Parlament Asambleyası (AŞ PA) Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin Xüsusi Alt Komitəsi də yaradılıb.

 

Tədbirdə Azərbaycandan Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Asəf Hacıyev, Musa Qasımlı və bir sıra QHT rəhbərləri iştirak edirlər.  

 

Sizin Reklam Yeriniz