Əlaqə Arxiv
news Image
2013.06.11
11:44
| A A A
Orta məktəb şagirdi intihar edib

Şəmkir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 16 yaşlı İlqar Ələsgərov yaşadığı evin həyətindəki qoz ağacından özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Prokurorluqdan həmçinin bildirilib ki, İ. Ələsgərov 10-cu sinif şagirdidir.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Sizin Reklam Yeriniz