Ermənilər beynəlxalq birlik qarşısında cavab verməlidir
Ermənilər Azərbaycan torpaqlarını işğal etdikərinə görə, bir
milyondan çox insanı qaçqın və məcburi köçkün halına saldıqları
üçün beynəlxalq birlik qarşısında cavab verməlidir. Bunu
SalamNews-a Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrinin keçmiş
müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Onur
Öymən bildirib. O söyləyib ki, ermənilər işğal etdikləri Azərbaycan
torpaqlarını dünyanın diqqətindən yayındırmaq üçün hər il müxtəlif
ölkələrin parlamentlərində uydurma erməni soyqırımı məsələsini
gündəmə gətirirlər: "Amma ermənilərin bu cür cəhdləri nəticə
vermir. Çünki indi dünya ictimaiyyəti ermənilərin ərazi uydurma və
yalanlarına inanmır, əksinə, erməniləri başqa dövlətlərə qarşı
ərazi iddiaları ilə tanıyırlar. Ermənilər qondarma erməni soyqırımı
məsələsini gündəmə gətirirlər və bununla Türkiyəyə təzyiqlər etməyə
çalışırlar. Bunun ABŞ-da gündəmə gətirilməsi məsələsinə toxunan
sabiq deputat deyib ki, bu cür qondarma məsələ Senatda
tanınmayacaq.