Bir sıra əcnəbi ölkələrin mədəni həyatında baş verənlərə nəzər saldıqda nəzərəçarpan hallardan biri də sənət adamları, o cümlədən müğənnilər tərəfindən verilən xeyriyyə konsertləridir. Bu zamankonsertdən yığılan pullar hansısa xeyriyyə məqsədi üçün istifadə olunur, məsələn, hansısa xəstəlmkdən əziyyət çəkən insanların müalicəsinə sərf olunur, yaxud, uşaq evəlrinə köçrülür və sair. Azərbaycanda isə belə nümunələrə çox az hallarda rast gəlinir. Bununla bağlı Mövqe.az-a açıqlama verən müğənni Xumar Qədimova qeyd edir: "Xeyriyyə konsertlərini hansı müğənilərimizin təşkil edib-etməməsini bilmirəm. Amma mən göstərişli hərəkət etməyi sevmirəm. "Xeyriyyə konserti verdim" deyərək efirə çıxmaq düzgün deyil. Kim ki, xeyriyyə konserti verib, bu hərəkətlə gündəmə gəlirsə, onları danışdırmaq lazımdır. Soruşmaq lazımdır ki, nəyə görə onlar belə konsert verəndə bütün əldə etdikləri gəliri xeyriyyə məqsədi üçün xərcləmirlər? Məndən belə şeylər soruşmayın. Çünki mən belə işlər görüb, heç vaxt bunları açıqlamamışam. Əslində, indi sizə də bu haqda danışmağım doğru deyil".
Müğənni Elxan Şirinov isə bildirir: "Mən
müğənnilərin, o cümlədən də özümün adından nə deyim?! Xeyriyyə
konsertləri çox etmişəm. İki min manat xərc çəkib, peyvənd
elətdirmişəm. Amma caamat eləmirsə, ona mən cavabdeh deyiləm.
Bilirsiniz, belə baxanda bizim müğənnilər ilə xarici müğənniləri
müqayisə etmək olmaz. Çünki bizim müğənnilər əcnəbi müğənnilərdən
qat-qat kasıbdırlar. Sənətdə olan insan adamların heç o qədər
imkanları yoxdur. Onlar 50-100 minlik xeyriyyə tədbirləri görə
bilməzlər. Elə mən özüm də. Bu səbəbdən də, konsertləri təşkil
olunmur. Müğənnilərimiz gedib uşaq və ya qocalar evində çıxış
edirlər, vəssalam...
Mən xeyriyyə məqsədi ilə təşkil olunan konsertlərdə də iştirak edirəm. Şükür Allaha, buna görə üzüm qara deyil. Ancaq 2008-ci ildən yaradıcılığıma 2-ci dəfə start verdim. Mən etdiklərimi açıqlayan adam deyiləm. Xeyriyyə konserti verib, bunu elan etmək lazım deyil. Sadəcə indi siz sual verdiniz, məcbur olub dedim. Hər kəsin xeyriyyəsi onun öz qəlbindədir. Mən bundan sonra da, kiməsə kömək lazım olsa əlimdən gələni etməyə hazıram".