Əlaqə Arxiv
news Image
2013.06.11
19:13
| A A A
Tədarük məntəqlərəinin yaradılması müşkülə çevrilir
Murtuzəli Hacıyev: «Fermerlərlə ən çox narahat edən problem yerlərdə tədarük məntəqələrinin olmaması ilə bağlıdır» Vahid Məhərrəmov : «Keyfiyyətli və ucuz məhsul istehsal edə bilsək, Rusiyadan, Avropadan istehsalçılar özləri gəlib məhsullarımızı aparacaqlar»

Uzun müddətdən bəri ölkə gündəmində olan məsələlərdən biri də kənd təsərrüfatı sahəsində tədarük məntəqələri yaradılması ilə bağlıdır. Hesab olunur ki. bu məntəqələr yaradılsa, fermerlərin məhsul satışı ilə bağlı problemləri öz həllini tapa bilər. Həmçinin, ölkədə daha böyük həjmdə kənd təsərrüfatı məhsulları istehsal olunar. Bununla bağlı Mövqe.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev qeyd edir: Kənd Təsərrüfatı Nazirliyi olaraq biz bununla bağlı təkliflərimizi hazırlayıb Nazirlər Kabinetinə  vermişik. Məsələ gündəmdədir. Ancaq tədarük məntəqələrinin yaradılmasının ləngimə səbəbləri bizə məlum deyil. Müvafiq qurumlar bu məsələyə ehtiyacın nə dərəcədə olduğunu araşdırıb, yəqin ki, qərar verəcəklər. Bizim fermerlərlə görüşümüz zamanı onları ən çox narahat edən problem yerlərdə tədarük məntəqələrinin olmaması ilə bağlıdır. Yerlərdə qaldırılan problemləri ümumləşdirib, təkliflərimizi  Prezident Adminstriyasına və Nazirlər Kabinetinə təqdim etmişik. Fermerlərin ehtiyacı olduğu tədarük məntəqələri yaradılmalıdır ki, məhsulların saxlanılması ilə bağlı problem olmasın". 

"Tədarük məntəqələri yaradılandan sonra nə dəyişəcək" sualına M. Hacıyev belə cavab verdi:  "Satışda heç bir problem olmayacaq. Fermerlərin əsas problemi ünvanlanmış məhsulu sata bilməməsi  və topdansatış bazalarının, tədarük məntəqələrinin yaranması ilə bağlıdır.  Bu məsələləri yerlərdə fermerlər qaldırır, biz elə-belə heç nə demirik. Qərar nə vaxt verilsə, o vaxt da tədaük məntəqələri təşkil olacaqdır".


Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov isə bildirir: "Hökümət yəqin ki, öz maliyəsi hesabına belə qurum yaratmaq istəmir. Lakin bu gün ölkədə müəyyən kənd təsərrüfatı məhsulu lazımi həcmdə istehsad olunmur. Bu gün konkret olaraq kartof istehsalı ilə istehsalçılar məşğuldur. Bir sıra sahibkarlar var ki,  həmin istehsal olunmuş kartofu tədarük edib, digər ölkələrə ixrac edib, fermerlərlə birlikdə gəlir əldə edirlər. 

Hökümət digər sahələrdə istehsala  xüsusi diqqət verməlidir. Aqrar siyasət elə aparılmalıdır ki, kənd təsərrüfatı istehsal edən fermerlər hər hansı bir çətinliklərlə üzləşməsinlər.  Digər tərəfdən də stimullaşdırıcı tədbirlər görülməlidir. Hər hansı bir kənd təsərrüfatı sahəsində problem olarsa, subsidiya, dotasiya verilməlidir ki, stimullaşdırılsın. Fermerlər ziyana məruz qalmamaq üçün sığortalanmaları vacibdir. Logistika (daşınma) məsələləri nəzərə alınaraq sığorta tətbiq oluna da bilər. Bu tədbirlər həyata keçirilməlidir". 

Tədarük məntəqələri yaradılmasına ehtiyac bu gün yoxdur deyən aqrar sahə üzrə ekspert V. Məhərrəmov daha sonra bildirir: " Bu gün tədarük məntəqələrinin yaradılmasına ehtiyac sıfır dərəcəsindədir. Buna ehtiyac yoxdur. Çünki, bu gün heç bir kəndlinin istehsal etdiyi məhsul onun sahəsində qalmır. Bu gün ən əsas məsələ istehsala diqqətin yönləndirilməsi olmalıdır. Keyfiyyətli və ucuz məhsul istehsal edə bilsək, Rusiyadan, Avropadan istehsalçılar özləri gəlib məhsullarımızı aparacaqlar. Necə olur ki,  bizim sahibkarlar digər ölkələrdən kənd təsərrüfatı məhsulları gətirirlər?! Çünki biz az və baha istehsal edirik. Biz məhsuldarlığı artırmalıyıq. Biz bu gün hər hektardan 15-20 ton kartof əldə edirik. Halbuki elə ölkələr var ki, orada fermerlər hər hektardan 100 tondan artıq məhsul əldə edirlər.Əlbəttə, onların məhsuldarlığı çox olduğu üçün onlar daha çox gəlir əldə edəcəklər". 


Sizin Reklam Yeriniz