Əlaqə Arxiv
news Image
2013.06.12
13:07
| A A A
Uşaq bağçalarında və məktəblərdə qidalanma ilə bağlı yeni standart qəbul olunub
Əbülfət İmanov: " Məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyən qidaların siyahısı açıqlanacaq" Uşaq bağçalarında və məktəblərdə qidalanma ilə bağlı yeni standart qəbul olunub. Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidmətinin rəhbəri Əbülfət İmanov bildirib. Ə. İmanovun sözlərinə görə, məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyən qidaların siyahısı açıqlanacaq: "Eyni zamanda  ölkədə iaşə obyektlərinə məhsul verən müəssisələr də ciddi nəzarətə götürüləcək. Əvvəl satılan bəzi isti yeməklərin, yarımfabrikatların məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə icazə verilməyəcək. Uşaq qidaları ilə bağlı "Təhsil və tərbiyə alanların qidalanması ilə bağlı dövlət standartı" qəbul olunub, sentyabrın 2-də qüvvəyə minəcək. Artıq növbəti təhsil ilindən etibarən şagirdlərin qida rasionu əhəmiyyətli dərəcədə yaxşılaşacaq". 
Sizin Reklam Yeriniz