Əlaqə Arxiv
news Image
2013.06.12
16:01
| A A A
SOCAR “Kanal 24"-lə bağlı ittihamlara cavab verdi-Özəl
Nizaməddin Quliyev: ""SOCAR-ın hələki Türkiyənin "Kanal 24" telekanalında payı yoxdur"

Dövlət Neft Şirkəti  (SOCAR) Movqe.az vasitəsilə  Türkiyənin "Kanal 24" telekanalında Azərbaycanın tarixi şəxsiyyəti, Səfəvilər dövlətinin başçısı olmuş Şah İsmayıl Xətaini aşağılayan verilişin efirə getməsi ilə bağlı SOCAR-a ünvanlanmış ictimai qınağa münasibət bildirib. Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev  Movqe.az-a bildirib ki, SOCAR Türkiyənin "Kanal 24" telekanalında  hələki hər hansı paya malik deyil: "SOCAR-ın hələki Türkiyənin "Kanal 24" telekanalında payı yoxdur. Bunun üçün danışıqlar gedir. Təbii ki, belə halda SOCAR həmin telekanalda gedən hər hansı sujetə müdaxilə edə və fikir bildirə bilməz. Əgər bizim həmin telekanalda payımız olsaydı bu zaman söz haqqımız da olardı".

Xatırladaq ki, Türkiyə mediasında artıq neçənci dəfədir ki, Şah İsmayıla qarşı bu cür həqarət edilir. Bu günlərdə Türkiyənin "Kanal 24" telekanalında Azərbaycanın tarixi şəxsiyyəti, Səfəvilər dövlətinin başçısı olmuş Şah İsmayıl Xətaini aşağılayan veriliş yayımlanıb. Azəraycan mediasında "Kanal 24" ün səhmlərinin 50 faizinin Azərbaycan Dövlət Neft Şirkətinə aid olduğu halda, bunun yolverilməz olduğu ilə bağlı müxtəlif ekspertlər tərəfindən sərt bəyənatlar səsləndirlib. 

 


Sizin Reklam Yeriniz