Əlaqə Arxiv
news Image
2013.06.12
17:17
| A A A
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib

Baş Dövlət Yol Polisi İdarəsindən Mövqe.az-a verilən məlumata görə, yol qəzası Bakı-Şamaxı yolunun 36-cı kilometrliyində qeydə alınıb.

 

"10-SF-616" dövlət nömrə nişanlı "LAND CRUİSER" markalı avtomobillə "90-JF-298" dövlət nömrə nişanlı "HOVA" markalı yük maşını toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

 

Ölən və yaralanan şəxslərin adları hələlik məlum deyil

 

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz