Əlaqə Arxiv
news Image
2013.06.12
18:25
| A A A
Diaqnostika Mərkəzində ağır əməliyyat keçirilib

Azərbaycanda ən ağır əməliyyatlardan sayılan AORT (şahdamar) damarının genişləndirilməsi əməliyyatı Respublika Müalicə Diaqnostika Mərkəzində həyata keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, bu xəstəlik 55 yaşdan yuxarı hipertoniyadan əziyyət çəkən (əksər hallarda kişilər) insanların 10 faizində aşkarlanır. Bu unikal əməliyyat bu dəfə 71 yaşlı paytaxt sakini Nazim Məmmədzadənin üzərində aparılıb. Xəstə aortanın anevrizması, damar ölçüsünün müxtəlif nahiyələrində iki dəfəyə qədər genişlənməsi, şişməsi və son mərhələyə çataraq yırtılması diaqnozu ilə mərkəzə yerləşdirilib. Prof. Dr. Əhməd Məmişin rəhbərliyi ilə həyata keçirilən əməliyyat iki saat davam edib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və əməliyyatdan sonra xəstə 4-6 saat reanimasiyada qalıb. Anevrizmanın qapalı yolla müalicəsindən bir həftə sonra xəstənin normal həyata qayıtması mümkün olacaq.


Sizin Reklam Yeriniz