Ombudsman Aparatının strukturunda dəyişiklik olacaq
Azərbaycan İnsan hüquqları üzrə müvəkkilliyinin (Ombudsman) strukturunda dəyişiklik olacaq.
Milli Məclisdən Mövqe.az-a verilən məlumata görə, bununla bağlı "İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı Ombudsman Aparatından parlamentə müraciət olunub.
Müraciət qəbul olunub və bununla bağlı qanuna dəyişiklik layihəsi hazırlanır. Layihəyə əsasən, Azərbaycan Ombusdmanına müavin ştatı yaradılacaq və müvafiq sahələr üzrə müavinlər təyin olunacaq. Aparatın müraciətində uşaq zorakılığına qarşı mübarizə sahəsi ilə bağlı ayrıca müavin ştatının təsis olunmasını istənilib. Layihənin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.