Əlaqə Arxiv
news Image
2013.06.13
17:00
| A A A
"Rusiya, Suriyaya hücum silahı vermir"

Movqe.Az xəbər verir ki, Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Margelov: "Rusiyadan, Suriyaya yalnız müdafiə silahları təslim edilir, hücum silahı vermə fikrimiz yoxdur. Rusiya, Orta şərqdə yanan atəşə odun atmaqla maraqlanmır". Margelov, görüşdə Suriyada yaranan böhran haqqında da danışdıqlarını ifadə edərək, həllin yeganə yolunun təşkil edilməsi planlanan beynəlxalq Suriya konfransı olduğu mövzusunda razı qaldıqlarını ifadə edib. Rus diplomat, konfransa İranın qatılması lazım olduğunu təkrarlayıb. İsrail xarici işlər nazirinin müavini Zeev Elkin isə İsrailin konfransa qatılmamaq üçün bir səbəbinin olmadığını söyləyib. Ölkəsinə hələ bir dəvət gəlmədiyini yazan Elkin, "İsrailin, Cenevrə-2-ə qatılması mövzusunda bizə bir dəvət çatmayıb. Dəvət edildiyimiz zaman bunu qiymətləndirərik lakin iştirak etməməyimiz üçün bir səbəb olacağını düşünmürəm" deyə bildirib.

Sizin Reklam Yeriniz