Əlaqə Arxiv
news Image
2013.06.13
18:34
| A A A
Bakıda baş verən avtobus qəzasında ölən və xəsarət alan şəxslərin adları açıqlanıb

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdü Seymur Sabir oğlu Həşimov ölüb, 7 nəfər xəsarət alıb.

 

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəsarət alan 1984-cü il təvəllüdlü Qurban Nurəliyev, 1961-ci il təvəllüdlü  Böyükkişi Tahirov, 1931-ci il təvəllüdlü Səyyarə Səfərova, 1984-cü il təvəllüdlü Vasif Zəliyev, 1974-cü il təvəllüdlü  Adil Hüseynov, 1966-cı il təvəllüdlü Reyhan Salamova, 1952-ci il təvəllüdlü  Sevinc Ələkbərova xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki,  yol-nəqliyyat hadisəsi "20-ci sahə" adlanan ərazidə qeydə alınıb. 205 sayı "DAEWOO" markalı xətt avtobusu "Prado" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.

Sizin Reklam Yeriniz