Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının (BSU TGT) təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında "I Ecological" intellektual oyununa start verir.
ATGTİ-nin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, tələbələrin ekoloji bilik və bacarıqlarının yoxlanılması məqsədini daşıyan bu layihə 17 iyun - "Səhralaşma və quraqlığa qarşı ümümdünya mübarizə günü" münasibətilə həyata keçiriləcək.
Layihədə 20-yə yaxın müxtəlif ali təhsil müəssisəsinin komandalarının iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, "I Ecological" intellektual oyununun qalibləri diplom və müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaqlar.