Əlaqə Arxiv
news Image
2013.06.14
14:53
| A A A
Nazir İsmət Abasov Qubada vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Qubada vətəndaşları qəbul edib.

 

Mövqe.az-ın məlumatına görə, nazir Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri ilə görüşüb.

 

Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin ortaq problem olduğunu qeyd edərək, bunların həlli ilə bağlı köməklik göstərilməsini nazirdən xahiş ediblər. Müraciətlər suvarma sistemlərinin təkmilləşdirilməsi, taxıl biçininin səmərəli təşkili, kənd təsərrüfatı işçiləri üçün verilən kreditlərin şərtlərinin sadələşdirilməsi, mineral gübrələrin qiymətlərinin bir qədər də aşağı salınması istiqamətində olub.

 

Görüşdə bölgə rayonlarından olan 60-dək vətəndaşın müraciətinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapıb.

Sizin Reklam Yeriniz