Əlaqə Arxiv
news Image
2013.06.14
18:39
| A A A
"Vergi Dostları"na sertifikatlar təqdim olunub

İyun ayının 13-də Lənkəran və 14-də Masallı şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu sahəyə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə seçilib,  Lənkəran Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar  və Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin 232 nəfər müəlliminə "vergi dostu" sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbirlər keçirilib.


Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, digər kənd və qəsəbələrdə "Vergi dostları" şəbəkəsinin yaradılması barədə məlumat verib.  Qeyd  olunub ki, indiyədək 11 rayonda fəaliyyət göstərən  307 nəfər "vergi dostu"na müvafiq təlim keçilib və sertifikatlar təqdim olunub. "Vergi dostu" olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.

Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə danışıblar. Sonra təlimi müvəffəqiyyətlə başa vuran "vergi dostları"na üzvlük sertifikatları, "vergi dostu"nun yaddaş kitabçası və kompyuterlər təqdim olunmuş, onlar  əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalayıblar.


Tədbirdə Lənkəran və Masallı rayon icra hakimiyyətlərinin və digər dövlət qurumlarının nümayəndələri, Vergilər Nazirliyinin və 6 saylı ƏVİ-nin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələri iştirak edib.


Sizin Reklam Yeriniz