Əlaqə Arxiv
news Image
2013.06.18
15:42
| A A A
Nazpəri Dostəliyeva İlhamə Quliyevanın ona verdiyi adı qəbul etmir!
Nazpəri Dostəliyevaya: «Mən yalançı, pafoslu adları qəbul etmirəm»

Baloğlan Əşrəfov: "Bir müğənninin digərinə ad verməsinə, mən şəxsən pis baxıram"


Bir müddət öncə xalq artistləri Nazpəri Dostəliyeva və İlhamə Quliyeva arasında olan qalmaqal barədə bütün media qurumları məlumat vermişdi. Lakin ondan əvvəl titul vermə bacarığı ilə məşhur olan xalq artisti İlhamə Quliyeva Nazpəri Dostəliyevaya " Şərqin nazlı pərisi" adını vermişdi. Biz də Mövqe.az saytı olaraq son zamanlar şou-biznes aləmində digər müğənnilərə verilən adlar barədə digər sənətdə olan insanların münasibətini öyrəndik. İlk olaraq elə N. Dostəliyevanın özü ilə əlaqə saxladıq və mövzuya münasibətini öyrəndik: "Hər halda rəsmi adlar öz rəsmiliyi, ciddiliyi ilə insanların xarakterini biruzə verir. Mən şəxsən atamın, anamın verdiyi addan sonra dövlət başçımın imzası ilə verilən addan savayı heç bir titulu, yersiz verilən adları qəbul etmirəm. Xüsusilə elə bir adam tərəfindən ki... Nəysə...". Nəsə demək istəsə də, sonra fikridən daşınan müğənni bildirdi: " Mən bu cür adları qəbul etmirəm. Qəti şəkildə bu cür təqdimatdan imtina edirəm. O qədər mənim adıma yalan yazılar yazılır ki, mən özüm oxuyanda şok keçirirəm. Mənim öz adım var, xalqımın, Prezidentimin məni layiq bilib verdiyi adlar var, vəsslam! Mən yalançı, pafoslu adları qəbul etmirəm. Zarafatca, şəxsi münasibətdə, dostcasına bir-birinə adların deyilməsi olar. Ancaq ciddi şəkildə, efirdə belə adların verilməsi olmaz və bu qəbuledilməzdir".

Eyni sual ilə əməkdar artist Baloğlan Əşrəfova da müraciət etdik: "Mən ömür boyu belə şeylərə qəribə baxmışam. İnsana sənətinə, oxumağına görə xalq ad verməlidir. Ancaq bir müğənninin digərinə ad verməsinə, mən şəxsən pis baxıram. Birincisi, insana adı dövlət verir. Rəsmi adlar əsas sayılır. Xalq tərəfindən verilən ad da onların sənətkara olan sevgisindən doğur. Ancaq bir müğəninin digərinə "sən filan oxuyansan" deməsi arzuolunmazdır, düzgün deyil. Bir az düşündükdən sonra müğənni əlavə etdi: "Mən nə edə bilərəm axı?! Belə adlar bu gün yenə verilir. Kimsə çıxır mətbuatda, ya televiziyada bir-birinə ad verirsə, mən bunu yaxşı qiymətləndirə bilmərəm".



Sizin Reklam Yeriniz