Əlaqə Arxiv
news Image
2013.06.18
14:48
| A A A
MTRŞ telekanallarla bağlı qərar qəbul edə bilər-Özəl
Təvəkkül Dadaşov: "Telekanallarda Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı keçirilən monitorinqin nəticələrində ciddi pozuntular qeydə alınarsa bununla bağlı qərar qəbul oluna bilər"

"Telekanallarda Azərbaycan ədəbi dilinin qorunması ilə  bağlı keçirilən monitorinqin nəticələrində ciddi pozuntular qeydə alınarsa bununla bağlı qərar qəbul oluna bilər. Hazırda dilçilər monitorinqi davam etdirir, biz onlara yalnız lazım olarsa texniki dəstək veiririk". Bu sözləri Movqe.az-a açıqlamasında Milli Teleradio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. T. Dadaşovun sözlərinə görə, telekanallarda dillə bağlı monitorinqlər Nəsimi adına Dilçilik İnstitutunun iki dilçi mütəxəssisi tərəfindən aparılır: "Həmin mütəxəssislər gündəlik Azərbaycan efir məkanını izləyir, telekanallarda dillə bağlı nöqsanları qeyd edirlər. Monitorinq yekunlaşdıqdan sonra monitorinqin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcək. Əgər   monitorinqin nəticələrində ciddi pozuntular qeydə alınarsa bununla bağlı qərar qəbul oluna bilər". 


Sizin Reklam Yeriniz