Əlaqə Arxiv
news Image
2013.06.19
16:44
| A A A
TUMİB qarşıdakı seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyib

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) qarşıdan gələn prezident seçkilərində Türkiyədə və digər ölkələrdə təhsil alan tələbə və məzunlar adından Prezident İlham Əliyevin namizədliyini dəstəkləyib.

Mövqe.az-ın məlumatına görə, bu barədə qərar İctimai Birliyin çərşənbə günü keçirdiyi tədbirdə qəbul olunub.


Tədbirdə qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan sabit, davamlı inkişaf edən ölkədir.


Bildirilib ki, 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, ölkəmizin ilk süni peykinin orbitə buraxılması, "Eurovision-2012" mahnı müsabiqəsinin möhtəşəm təşkili, 2015-ci ildə birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbulu ölkəmizin dünyada nüfuzunun göstəricisidir.

Sizin Reklam Yeriniz