Əlaqə Arxiv
news Image
2013.06.19
17:00
| A A A
ABŞ prezidenti Obama bu gün Berlində çıxış edəcək

Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın bu gün Almaniyanın paytaxtı Berlində edəcəyi çıxışında "Rusiyanın silahlarını azaltması şərtilə, öz nüvə cəbbəxanamızı kiçiltməyə hazırıq" sözünü deyəcəyi bildirilib. ABŞ lideri, Almaniya ziyarətində ilk olaraq Baş nazir Angela Merkel ilə görüşəcək. Prezident Obama çıxışını Berlindəki məşhur Brandenburq keçid məntəqəsindən edəcək. Keçmişdə, Ronald Reyqan kimi, keçmiş liderlərin də çıxışlarına ev sahibliyi edən Brandenburq Qapısı, Obamanın nüvə sursatını kiçiltməyə yönəlmiş nitqi ilə yenidə tarixi bir görüşə şahidlik etmiş olacaq. Obamanın çıxışında terrorizm, iqlim dəyişikliyi kimi beynəlxalq əhəmiyyət daşıyan mövzular da gündəmə gətiriləcək. Sentyabr ayında seçkiyə gedəcək olan Angela Merkelin, ABŞ başçısı Obama ilə keçən həftə mətbuata sızdırılan internet və telefon izləmə qalmaqalları haqqında danışacağını bildirilib.

Sizin Reklam Yeriniz