Əlaqə Arxiv
news Image
2013.06.19
20:43
| A A A
7 ölkə lideri Putini, Əsəd üçün razı sala bilmədi

Movqe.Az xəbər verir ki, Şimali İrlandiyada toplanan G-8 liderləri, Suriyaya 1.5 milyard dollar yardım daxil olmaqla düz 7 mövzuda razılaşıb, lakin Putinin qarşı çıxması səbəbiylə Əsədin gələcəyilə bağlı bir qərar ala bilməyib. Şimali İrlandiyada bir araya gələn G-8 üzvü olan ölkələrin liderləri, Suriya mövzusunda 7 məqam üzərində razılaşa bilib. İngiltərə Baş naziri Deyvid Kameron təşkil etdiyi mətbuat konfransında 7 maddədən birincisinin Suriyaya 1,5 milyard dollarlıq yeni yardım ayırmaq olduğunu söyləyib. Kameron, digər məsələləri belə sıralayıb: "Müvəqqəti  rəhbərliyi təmin edəcək Cenevrə müddətini dəstəkləmək; İraqdan dərslər çıxararaq, dövlətin təməl təşkilatlarının keçiş müddətində qorunmasını təmin etmək; Suriyanı terroristlərdən və ifrat tərəfdarlarından təmizləmək üçün çalışmaq; kimyəvi silah istifadəsini qınamaq; sünni, şiə ya da Şiə deyil bütün Suriyalıların təsdiqini alan bir Suriya hökumətini dəstəkləmək. "Yayımlanan nəticə bildirişində Rusiyanın təsiriylə Əsədin gələcəyinə dair bir qərar yer almayıb.

Sizin Reklam Yeriniz