Əlaqə Arxiv
news Image
2013.06.19
20:48
| A A A
Hindistanda sel suları səngimək bilmir
Movqe.Az xəbər verir ki, Hindistanın şimalındakı Uttarakhand əyalətində təsirli olan musson yağışlarının səbəb olduğu seldə, 120 nəfər ölüb. Səlahiyyətlilər bölgədə təcili qida köməyinə ehtiyac olduğunu açıqlayıb. Sel bölgəsinə kömək vəsaiti vertolyotlarla daşınır. Hindistanda Musson seli olaraq adlandırılan su basqınından sonra bölgədəki Hindi məbədlərində 10 minə yaxın hacı namizədinin qapalı qaldığı bildirilib. Region Hindilər üçün "Tanrıların Ölkəsi" olaraq xatırlanır. Bir çox turizm firması "xaç rezervasiyalarını" ləğv etdikləri açıqlayıb. Şiddətli şəkildə davam edən sel suları nəticəsində, Uttarakhand bölgəsində 200 yaxın vasitə və iş maşınının sellərə qapılıb itdiyi bildirilir. Musson yağışları, tropik iqlim xüsusiyyətləri daşıyan Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada təsirini davam etdirir.
Sizin Reklam Yeriniz